Cəlilabad sakinindən narkotik vasitə götürülüb

29 Sentyabr 2018 21:44 (UTC+04:00)

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Hümbətov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 11 bükümdə ümumi çəkisi 50 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır. (report)

AzNews.az