Qaraciyəri yoran qidalar - Həkim adlarını açıqladı

29 Sentyabr 2018 22:09 (UTC+04:00)

Türkiyəli diyetoloq Nilay Keçeçi qaraciyəri yoran qidaların adlarını açıqlayıb.

Mütəxəssis bildirib ki, bədənin ən mühüm orqanlarından biri olan qaraciyərin yenilənməsində sağlam qidalanma böyük əhəmiyyət daşıyır:

“Həddindən artıq yağlı ət növləri, spirtli içkilər, kolbasa, sosika, sucuq, basdırma kimi məhsullar, yağda qızardılmış qidalar, ət suyu, kakaolu ərzaqlar və yağlı souslar qara ciyəri yorur.

Qaraciyər sağlamlığı üçün gündə mütləq 2-3 litr su içmək lazımdır. İçdiyiniz suyun içərisinə az miqdarda sarıkök əlavə edin. Qaraciyər yağlanmasının qarşısını almaq üçün gündə 30 dəqiqəlik yürüşə çıxın.

Pis xolesterin tərkibli qidalar qaraciyər xəstəliklərinin yaranma riskini artırır. Xüsusilə yağlı qırmızı ət, kərə yağı, krevet və yumurta sarısı kimi qidaların balanslı istifadə edilməsi lazımdır. Heyvan mənşəli qidalar xolesterin baxımından riskli sayılır". (Publika.az)

AzNews.az