Ən çox hansı nəqliyyat növündən istifadə edirik?

30 Sentyabr 2018 09:22 (UTC+04:00)

Yüklərin 3,7 faizi dəniz, 6,0 faizi dəmir yolu, 0,1 faizi hava, 65,0 faizi avtomobil nəqliyyatı, 25,2 faizi isə boru kəməri ilə daşınıb.

Hesabat dövründə nəqliyyatçılar 1 milyard 279,1 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,0 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2018-ci ilin yanvar-avqust ayları ərzində 9,1 milyon ton yük, 1 milyon 766,3 min sərnişin, dəniz nəqliyyatı ilə 5 milyon 559,7 min ton yük, 10,9 min nəfər sərnişin daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 98,8 milyon ton yük, 1 milyard 125,3 milyon sərnişin daşınıb. Sərnişinlərin 96,1 faizi avtobus, 3,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 150,4 milyon nəfər olub. Hava nəqliyyatı ilə 1 milyon 687,3 min sərnişin daşınıb.(trend.az)

AzNews.az