Misir bundan imtina edir

30 Sentyabr 2018 14:57 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Misirin neft və mineral ehtiyatlar naziri Tarik əl-Mulla bəyan edib.

Onun sözlərinə görə, Misirdə təbii qaz hasilatı artıq gündəlik 6,6 milyard kub futa çatıb. O deyib: “Ötən ilin dekabr ayından “Zöhr” iri qaz yatağının işə salınmasından Misirdə qaz hasilatı daim artır”.

Xatırladaq ki, Aralıq dənizi şelfində yerləşən “Zöhr” qaz yatağı İtaliyanın “Eni” şirkəti tərəfindən 2015-ci ildə aşkarlanıb. Yataq 100 kvadrat kilometrə yaxın ərazidə 30 trilyon kub futadək (850 milyard kubmetr – geoloji ehtiyat) potensial qaza malikdir.

Tarik əl-Mulla qeyd edib ki, Misir “mavi yanacaq”la artıq özünü təmin etməyə qadirdir və hazırda maye təbii qazın regional ticarət mərkəzi olması üzərində çalışırlar.

AzNews.az