AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, dünən İŞİD ABŞ və Rusiya tərəfindən “kimyəvi hücum ola bilər” dedikləri ünvan kimi göstərilən İdlibin Cisr eş Şugur bölgəsində ağır silahlar və tanklarla əzələ nümayişi etdirib.
Bununla da İŞİD Suriyada mövcud olduğu mesajını verib.
Rusiya və Türkiyənin İdlib mövzusunda razılığa gəlməsindən dərhal sonra İŞİD-in mülki əhalidən canlı qalxan kimi istifadə etməsi sanki ABŞ-ın “mənim yer almadığım heç bir razılaşma icra edilə bilməz” mesajını verir.
Onu da xatırladaq ki, başa vurduğumuz həftənin əvvəllərində Suriya rejimi ilə əldə olunan anlaşmaya uyğun olaraq İŞİD-in 400 terrorçusu Deyirzor bölgəsindən İdlibə keçib.
Bundan başqa, İŞİD-in bayraqlarını qaldıran Nusrat al-İslam qrupu Afrikada özünü göstərməyə başlayıb. Yəmən Əl-Qaidasının davamı olan bu qrup Suriyada İŞİD tərəfindən fəaliyyət göstərir.
AzNews.az