Bu il Antalyada dincələnlərin sayı açıqlandı

30 Sentyabr 2018 15:40 (UTC+04:00)

Antalyanın Mədəniyyət və Turizm İdarəsinin verdiyi məlumata əsasən, cari ilin 1-29 sentyabr müddəti ərzində Antalya və Qazipaşa hava limanları vasitəsi ilə regiona 1877,5 min turist gəlib. Ötən ilin analoji göstəricisi ilə müqayisədə turistlərin sayı 25 faiz artıb.

"Yanvarın 1-dən sentyabrın 29-dək iki aeroport vasitəsi ilə regiona 11,4 milyon turist gəlib. 10,71 milyon turist Antalya aeroportuna, 287,8 min turist isə Qazipaşa aeroportuna gəlib. Ötən illə müqayisədə turistlərin sayı 28 faiz artıb", - deyə İdarənin məlumatında bildirilir.

2017-ci illə müqayisədə, bu il göstərilən müddət ərzində Antalya 2416,1 min turist daha çox qəbul edib.(trend.az)

AzNews.az