Ərinin Rusiyaya getməsini istəməyən qadından şok addım

30 Sentyabr 2018 16:30 (UTC+04:00)

Hadisə rayonda yerləşən parkların birinin yaxınlığındakı körpüdə qeydə alınıb.

Gənc qız özünü körpünün üzərindən atmaq istəyib. Lakin polis tərəfindən hadisənin qarşısı alınıb.

İlkin məlumatlara görə, Qovlar şəhər sakini, 1998-ci il təvəllüdlü Novruzova Gülay Sadiq qızı həyat yoldaşının Rusiyaya getməsini istəməyib. Bu səbəbdən ailədaxili münaqişə yaranıb və gənc qadın intihara cəhd edib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az