Həmyerlisindən oğurluq etdi

30 Sentyabr 2018 19:22 (UTC+04:00)

AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, rayon ərazisindəki kafelərin birində Gəncə şəhər sakini Ş.Məmmədovanın 2850 manatını oğurlanıb.

Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Elzurum Babayev saxlanılıb.

Məlumata görə, hər iki şəxs paytaxtdan Gəncə şəhərinə gedən zaman yolüstü Kürdəmir rayonunda olan kafelərdən birində avtobusdan dincəlmək məqsədilə düşüblər.

Elə bu zaman da cinayət hadisəsi baş verib.

Faktla bağlı cinayət işi başlanıb.

AzNews.az