“Türkiyə İndoneziyaya hər cür köməklik göstərməyə hazırdır” - Ərdoğan

30 Sentyabr 2018 18:36 (UTC+04:00)

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Tvitter" sosial şəbəkəsində yazıb.

Ərdoğan həmçinin İndoneziya xalqına ölənlərlə əlaqədar başsağlığı verib, xəsarət alanlara tezliklə sağalmağı arzulayıb.

Son məlumatlara əsasən, İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ və sunami nəticəsində 832 nəfər həyatını itirib.(trend.az)

AzNews.az