İşlədiyi fermanın qoyunlarını oğurladı

30 Sentyabr 2018 20:07 (UTC+04:00)

AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, ötən il dekabrın 1-dən cari il sentyabrın 28-dək olan müddətdə Füzuli rayonunun Haramı düzü adlandırılan ərazidən Beyləqan rayon sakini Əsəd Novruzova məxsus fermadan 12 baş qoyun və 3 baş keçi oğurlanıb.

Füzuli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin fermada çoban işləyən həmyerlisi Vüqar Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

AzNews.az