Şahmat millimizdən növbəti qələbə

30 Sentyabr 2018 20:33 (UTC+04:00)

Millimiz turnirin VI turunda Latviya ilə qarşılaşıb və 2,5:1,5 hesabı ilə qalib gəlib.

Qadın millimizin aktivində hazırda on xal var.

X X X

Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında kişilərdən ibarət millimiz altıncı qələbəsini qazanıb.

Millimiz turnirin VI turunda Çexiya ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

Ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov və Arkadi Naydiç qələbə qazanıb. Qara fiqurlarla çıxış edən Teymur Rəcəbovla Rauf Məmmədov heç-heçə edib. Bununla da xalını 12-yə çatdıran millimiz turnir cədvəlinin ilk sırasındakı mövqeyini yaxşılaşdırıb.(oxu.az)

AzNews.az