Qonşu ölkənin iki vilayəti su altında qaldı

30 Sentyabr 2018 20:46 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın 29-da səhər saatlarından başlayan güclü yağış hər iki vilayətdə dövlətə və əhalinin mülkiyyətinə xeyli zərər vurub. Şəhər təsərrüfatının idarə olunmasında böyük problemlər yaranıb. Su təchizatında çətinliklər yaranıb. Tunel və keçidlər sel altında qalıb. Çox sayda minik maşını idarəolunmaz hala düşüb. Yaşayış binalarının birinci mərtəbəsini və dükanları su basıb. Təcili tədbirlər görülməsi üçün təbii fəlakət zonasına əlavə qüvvələr cəlb olunub.

AzNews.az