AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Sağlarca kəndində gəlin gətirməyə gedən və içərisində bəylə gəlinin olduğu maşının aşması nəticəsində toy yasa dönüb. Qəzada bəy Yaqub Tunc ilə sürücü Yüksəl Pozal həyatını itirib. Gəlin və daha iki nəfər isə ağır yaralanıb.
Qeyd edək ki, bəy cəmi 15 gün idi ki, hərbi xidmətdən qayıtmışdı.
Malik LİFTİYEV
AzNews.az