Burak Özçivit maşınını satdı

1 Oktyabr 2018 08:23 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, 6 maşını olduğuna görə parkinqdə problem yaşayan Özçivitin hətta buna görə qonşuları ilə arasında mübahisə də yaranmışdı.

O sonunda çarəni avtomobillərindən birini satmaqda görüb.

Aktyorun maşını İstanbulun Kuruçeşme bölgəsində başqası tərəfindən sürüldüyü görülüb. Sürücü isə jurnalistlərə açıqlamasında maşını Burakdan satın aldığını deyib.

AzNews.az