“Zəkalar” liseyində “Məmməd Araz Poeziya günü”

1 Oktyabr 2018 09:52 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, məktəbin direktoru, biologiya elmləri üzrə fəlsəfə doktoru Aygün Əhmədli, dil-ədəbiyyat müəllimi Xəyalə Tağıyeva və “Məmməd Araz Poeziya günü” layihəsinin rəhbəri Qardaşxan Əzizxanlıdan ibarət münsiflər heyəti qarşısında çıxış edən məktəblilərdən Əbülfəz Rzazadə, Nəzrin Ağazadə, Nicat Səmədov, Nilufər Tağıyeva, Aydan Mehdiyeva, Şəbnəm Haşımlı xüsusilə fərqləniblər.

Onlar oktyabr ayının əvvəlində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Yazıçılar Birliyi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə III “Məmməd Araz Poeziya günü” və Xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş yekun tədbirdə çıxış edəcəklər.

AzNews.az