Bakıda 65 yaşlı qadının meyiti tapıldı – yaşadığı mənzildə

1 Oktyabr 2018 11:18 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb, orada aşkarlanan 1953-cü il təvəllüdlü Karmanova İvesta Andrey qızının meyitini aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.

AzNews.az