Müsəlman qadına hücum edib, hicabını çıxartdılar

2 Aprel 2013 10:55 (UTC+04:00)
Qüds şəhərinin mərkəzində bir qrup insan fələstinli qadına hücum ediblər. İsraildə dərc olunan "Maaryu" qəzetinin yazdığına görə, onların məqsədi qadının başındakı hicabı açmaq olub.

Əvvəlcə fələstinli qadına bir yəhudi qadın hücum çəkib və başındakı hicabını açmaq istəyib. Lakin fələstinli qadın ona müqavimət göstərib. Hadisənin şahidi olan digər yəhudilər də öz həmyerlilərinə yardıma gəliblər. Onlar birlikdə fələstinli qadının başındakı hicabı açıblar. Lakin ətrafdakılar baş verən hadisəyə heç bir reaksiya verməyiblər.

İsrail polisi məsələnin araşdırılacağını bildirib.

AzNews.az