Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

1 Oktyabr 2018 11:47 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu il oktyabrın 1-dək fonda 94.005.457,49 AZN, 213.577,88 ABŞ dolları, 12736,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli fərmanı ilə təsdiq edilib.

AzNews.az