Bu gün fiziologiya və ya tibb üzrə Nobel veriləcək

1 Oktyabr 2018 12:34 (UTC+04:00)

AzNews.azın verdiyi məlumata görə, bu sahədə Nobel komitəsinin rəsmi saytında məlumat verilib.

Mükafatın qalibi Bakı vaxtı ilə 13:30-da elan ediləcək.

Fiziologiya və ya tib sahəsində mükafat 1901-ci ildən verilir. 2017-ci il üzrə fiziologiya və ya tibb üzrə Nobel mükafatının laureatları ABŞ alimləri Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq olublar. Onlar "hüceyrə saatı” adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar mexanizmlərin tədqiq olunmasına görə Nobel mükafatı ilə təltif ediliblər.

Qeyd edək ki, mükafatin təqdim edilməsi mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir.

AzNews.az