Ərdoğanın köməkçisi: “Erməni diasporuna baş əyənlər...”

1 Oktyabr 2018 13:24 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən bildirir ki, bunu Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay Ankarada keçirilən 18-ci Türk Tarix Konqresində deyib.

“1915-ci il hadisələrinə görə bizə qarşı qarayaxma kampaniyası aparanlar nə qədər səy göstərsələr də, ölkəmizin əzəli düşmənlərindən başqa heç kimə təsir göstərə bilməyiblər”, - deyə F.Oqtay bildirib.
O qeyd edib ki, Türk Tarix Qurumu kimi rəsmi təşkilatların cəhdləri, diplomatların səyi ilə qarayaxma kampaniyalarının öhdəsindən gəlinib.

Nurlan AĞA
AzNews.az