Bakıda və Ankarada yeni mədəniyyət mərkəzləri yaradılacaq

1 Oktyabr 2018 14:08 (UTC+04:00)

AzNews.az xəbər verir ki, saziş səfirliklərin nəzdində Azərbaycanı Hökuməti ilə Türkiyə Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis edilməsini nəzərdə tutur. Bu sənədə əsasən Ankaradakı səfirliyimizdə Azərbaycan Mədəniyyət Mərkəzi, Bakıdakı Türkiyə səfirliyinin nəzdində isə Yunus Əmrə adına Mədəniyyət Mərkəzinin yaradılması təklif edilir.

İclasda həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair" Protokolun təsdiq edilməsi, "Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında Avropa Şurası Konvensiyası"nın təsdiq edilməsi barədə", "İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında", "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının yaradılması haqqında" Sazışin təsdiq edilməsi, "Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ekstradisiya haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələri də qəbul edildi.