Qəzada yaralıların sayı 34 nəfərə çatıb - FOTOLAR+VİDEO (Yenilənib)

1 Oktyabr 2018 16:29 (UTC+04:00)

Qeyd olunub ki, yaralılardan 3 nəfəri Klini Tibbi Mərkəzə, 2 nəfəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, qalanları isə 3 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan 6 nəfəri uşaqdır, onlardan 1-i ölüb

**

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində 27 nəfər yaralanıb.

Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yaralılardan 22 nəfəri hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.

Hadisə zamanı yaralanan 13 yaşlı uşaq xəstəxanaya çatdırılarkən dünyasını dəyişib. Xəsarət alanlar arasında 5, 6, 10, 12 və 16 yaşlı beş azyaşlı var.

AzNews.az