Şahmatçılarımız Polşa ilə heç-heçə etdilər

1 Oktyabr 2018 19:28 (UTC+04:00)

Kişilərdən ibarət Azərbaycan millisi Polşa yığması ilə üz-üzə gəlib. Yığmanın bütün şahmatçıları öz görüşlərini heç-heçə ilə başa vurub.

Bu nəticədən sonra Azərbaycanın kişilərdən ibarət yığması 13 xalla Polşa ilə birgə liderliyini davam etdirir.

Polşa – Azərbaycan - 2:2

Şəhriyar Məmmədyarov – Duda Yan-Kşiştof - 0,5:0,5

Teymur Rəcəbov – Rodoslav Voytaşek - 0,5:0,5

Arkadi Naydiç – Tomçak Yaçek - 0,5:0,5

Eltac Səfərli – Kamil Draqun - 0,5:0,5

E. Səfərli və T.Rəcəbov ağ, Ş.Məmmədyarov və A.Naydiç isə qara fiqurlarla oynayıb.(report.az)

AzNews.az