Yunanıstan 6 min miqrantı adalardan köçürür

1 Oktyabr 2018 20:05 (UTC+04:00)

Lesbos adasında 10 mindən çox miqrant və sığınacaq axtaran yerləşdirilib. Buradakı düşərgə isə 3100 nəfər üçün nəzərdə tutulub. Eyni acınacaqlı vəziyyət Samos adasında da yaşanır. Burada 650 nəfərlik düşərgədə 4 min nəfər yerləşdirilib.

Humanitar təşkilatlar Yunanıstan hökumətini bu adalarda sosial partlayışların baş verə biləcəyi barədə məlumatlandırıblar.(AZƏRTAC)

AzNews.az