İsveçrəli nazir Bakının qonağı olacaq

1 Oktyabr 2018 20:35 (UTC+04:00)

Azərbaycanın İsveçrədəki səfirliyindən verilən məlumata görə, bu barədə razılıq, səfir X.İbrahimova ilə Mauro Dell’Ambrogio arasında keçirilmiş görüş zamanı əldə olunub.

Səfər zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə danışıqların aparılması nəzərdə tutulur. Bundan başqa, İsveçrənin peşə təhsili sistemi sahəsində təcrübəsinin araşdırılması imkanları da müzakirə olunacaq. İsveçrədə iqtisadi inkişaf və minimum işsizlik səviyyəsinin təmin olunmasında bu ölkənin peşə təhsili sistemi əsas rol oynayır. ABŞ və bir sıra Avropa ölkələri İsveçrənin qlobal miqyasda aparıcı sayılan peşə təhsilinin öyrənilməsi və tətbiqi istiqamətində konkret addımlar atıb. İsveçrədə peşə təhsili ilə yanaşı, orta və ali təhsil sistemi də dünyanın ən inkişaf etmiş modellərindən hesab olunur.

Röytersin 2018-ci il sıralamasına əsasən İsveçrənin dörd universiteti Avropada ən yenilikçi on beş universiteti arasına daxil olub.(trend.az)

AzNews.az