Ölkə lideri bu il avqustun 12-də Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandıqdan sonra Xəzər regionunun nəqliyyat-tranzit və enerji potensialının icrasında yeni imkanlar açıldığını qeyd edib.
Bununla bağlı Qurbanqulu Berdiməhəmmədov bildirib ki, Türkmənistan yeni, kommersiya baxımından əsaslandırılmış, Xəzər dənizində kontinental təhlükəsizliyi möhkəmlətməyə imkan yaradan layihələrin icrasına köklənib və əməkdaşlığa maraq göstərən bütün tərəflərlə bu layihələrin konkret müzakirəsinə hazırdır.(AZƏRTAC)
AzNews.az