Maşın vuran piyada xəstəxanada öldü - Yenilənib

1 Oktyabr 2018 21:56 (UTC+04:00)

"VAZ-21011" markalı avtomobillə vurularaq ağır halda xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Samir Qurbanov orada ölüb.

Hadisəni törədən sürücü, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Rabil Səttar oğlu Rüstəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***
21:35

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Qırılı kəndində qeydə alınıb.

Yolu keçmək istəyən, kənd sakini Samir Kinyaz oğlu Qurbanovu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan S.Qurbanov xəstəxanaya yerləşdirilib. Onun komada olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az