1 milyon dollarlıq qaçaqmalçılığın qarşısı alındı

1 Oktyabr 2018 23:11 (UTC+04:00)

“Lujanka” gömrük məntəqəsində hüquq-mühafizə orqanlarının əməkdaşları yerli sakinə məxsus mikroavtobusda bir tondan yuxarı kəhrəba daşı aşkarlayıblar.

Araşdırma zamanı məlum olub ki, gömrük işçisi Ukrayna sərhədindən Avropa İttifaqı ölkələrinə qaçaq yolla külli miqdarda kəhrəba daşı aparmağa cəhd göstərib. UTX-də gömrük işçisi barəsində cinayət işi açılıb.

Götürülən kəhrəba daşının qiymətinin “qara bazar”da təxminən bir milyon dollar olduğu bildirilir.(AZƏRTAC)

AzNews.az