Maduro BMT-də ən uzun nitq söyləyib - Bu il

2 Oktyabr 2018 07:32 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransı zamanı sessiyanın sədri Mariya Fernanda Espinosa Qarses bildirib.

Sədr deyib: "Bu il ən uzun nitq 48 dəqiqə davam edib, ən qısa isə - 5 dəqiqədən az. Ən uzun nitqlə Venesuela prezidenti çıxış edib, ən qısa nitqlə isə - Litva prezidenti".

Qeyd edək ki, BMT Baş Assambleyasında ən uzun nitqlə Kuba inqilabının lideri Fidel Kastronun 1960-cı ildə çıxış edib. Onun çıxışı 4 saat 29 dəqiqə davam edib.

AzNews.az