Facebook cərimə olunacaq - 1,6 milyard dollar

2 Oktyabr 2018 07:40 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Bildirilir ki, buna səbəb sosial şəbəkənin 50 milyondan çox istifadəçisinin şəxsi məlumatlarının sızması ilə bağlıdır. Qəzet qeyd edir ki, bu məlumatların müdafiəsi haqqında yeni Avropa qanununun real tətbiqinin birinci genişmiqyaslı presedenti olacaq.

Komissiya artıq araşdırmaya başlayıb. Bununla əlaqədar facebookdan əlavə məlumat da tələb edilib.

AzNews.az