Səhvlərini 54 il sonra düzəltdilər

2 Oktyabr 2018 08:42 (UTC+04:00)

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhər meri Endryu Kuomo körpünün adının “Verrazzano” olaraq dəyişdirilməsi barədə qərar verib.

O, italyan səyyahın xatirəsinə hörmət əlaməti olaraq bu addımın atıldığını bildirib.

Qeyd edək ki, Bruklin və Steyten Aylend bölgələrini birləşdirən körpünün adı 1524-cü ildə Nyu-York limanını kəşf edən italyan səyyah Covanni da Verrazzanonun adını daşıyır. Körpü 1964-cü ildə istifadəyə verilib.

AzNews.az