Siyasi təşkilatı "cinayətkarlığın partiyası" adlandırdı

2 Oktyabr 2018 10:57 (UTC+04:00)

Amerika lideri Donald Tramp Demokratlar Partiyasını ittiham edib.

Xarici mətbuatın xəbərinə görə, Ağ Ev rəhbəri siyasi rəqiblərinin ABŞ-ı Venesuelaya çevirmək istədiyini bildirib.

ABŞ rəhbəri Tennessi şəhərində çıxışı zamanı demokratların sərhədlərin təhlükəsizliyi və miqrasiya məsələlərinə dair mövqeyini tənqid edib.

"Demokratlar cinayətkarlıq partiyasıdır. Onlar sizin küçələri xarici cinayətkarlarla doldurmağa hazırlaşırlar", - deyə o bildirib.

Tramp siyasi təşkilatı "cinayətkarlığın partiyası" adlandırıb. (report)

AzNews.az