Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin edilib

2 Oktyabr 2018 11:36 (UTC+04:00)

AzNews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyevin oktyabrın 1-də imzaladığı əmrlə Ülvi Mirzəyev həmin vəziyəfə təyin olunub.

Ü.Mirzəyev bundan öncə Gömrük Hospitalında Kardiologiya şöbəsinin rəhbəri olub.

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Hikmət Həsənov təxminən 15 gün əvvəl öz istəyi ilə vəzifəsindən azad olunub.