Şəbnəm Tovuzlu İlhamə Quliyevanın mahnısını oxudu - Aləm qarışdı

2 Oktyabr 2018 12:11 (UTC+04:00)

Müğənni Şəbnəm Tovuzlu İlhamə Quliyevanın şah əsəri sayılan “Neynərsən” mahnısını repertuarına salıb. Onun bu addımı şou aləmində birmənalı qarşılanmayıb.

Mərhumun qohumu müğənni Əli Mirəliyev AzNews.az-a mahnının müəllifinin əməkdar incəsənət xadimi Faiq Sücəddinov olduğunu deyib: “Mahnı oxumaq üçün yazılır. İlhamə Quliyevanın repertuarında yüzlərlə mahnı olub. Ona hər kəs müraciət edə bilər. Amma bir şərtlə ki, onu İlhamə Quliyevadan gözəl oxusun. Mahnını oxumaq üçün müəllifdən icazə almaq kifayətdir. Allaha şükür ki, Faiq Sücəddinov sağdır. Şəbnəm də yəqin ondan icazə alıb”.

Əməkdar incəsənət xadimi Faiq Sücəddinov isə “Neynərsən” mahnısını Şəbnəm Tovuzlunun ifasında eşitmədiyini bildirib: “Onun ifasında eşitməmişəm. Mən mahnını İlhamə Quliyeva üçün bəstələdim. İlhamə xanım səsi ilə mövür vurdu mahnıya. Dünya, dövran dəyişir. Yazılan mahnılar nəsildən-nəsilə ötürülməlidir. Kim mahnını İlhamə Quliyeva kimi oxuyacaqsa, buyursun”.

Bahar RÜSTƏMLİ
AzNews.az