Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda

2 Oktyabr 2018 17:53 (UTC+04:00)

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, oktyabrın 2-də Türkiyənin nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub.

Görüşdə Azərbaycan tərəfindən Xarici dil və Tərəfdaşlıq Mərkəzi, Türkiyə tərəfindən isə Quru Qoşunlarının Dil Məktəbi haqqında brifinqlər təqdim olunub. Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri müzakirə olunub.

Səfər oktyabrın 5-dək davam edəcəkdir.

AzNews.az