“Makedoniya NATO-nun üzvü ola bilər, bir şərtlə ki...” - Stoltenberq

2 Oktyabr 2018 18:24 (UTC+04:00)

Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Y.Stoltenberq bildirib ki, bu, Makedoniya ilə Yunanıstan arasında ölkənin adının dəyişdirilməsi ilə bağlı saziş təsdiq edildikdən sonra mümkün ola bilər:

“NATO Makedoniyanı alyansın 30-cü üzvü kimi qarşılamağa hazırdır. Amma bunun yeganə şərti ölkənin adının dəyişməsi ilə bağlı sazişin təsdiq olunmasıdır. Hesab edirəm ki, biz bu prosesi 2019-cu ilin yanvarınadək başa çatdıra bilərik”.(trend.az)

AzNews.az