Xaçmaz RİH işğal günündəki konsertə aydınlıq gətirdi

2 Aprel 2013 13:03 (UTC+04:00)


Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən, Xaçmaz şəhəri 2013-cü il üçün "Azərbaycanın Əfsanələr Paytaxtı" élan edilib. Bu münasibətlə bu gün Xaçmaz şəhərində təqdimat və eyni zamanda konsert keçirilib.

Amma bu təqdimat mərasiminin Kəlbəcərin işğal gününə təsadüf etməsi cəmiyyət tərəfindən narazılıqla qarşılanıb. Maraqlıdır, görəsən təşkilatçıların bundan əvvəlcədən xəbərləri olubmu? Bunu araşdırmaq məqsədilə əməkdaşımız Xaçmaz RİH-lə əlaqə saxlayıb.

Bununla bağlı Aznews.az-a Xaçmaz rayon icra başçısının müavini Yetkin Mehmanov açıqlama verib: "Təqdimatın keçiriləcəyi gün əvvəlcədən müəyyənləşdirilib. Sonradan günü dəyişməyə çalışsaq da, alınmadı".

Ruhiyyə
AzNews.az