“Mitsubishi” 145 minə yaxın avtomobili geri çağırdı

2 Oktyabr 2018 20:28 (UTC+04:00)

Bu qərar avtomobillərin əyləc sistemində qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin dekabrından 2016-cı ilin sentyabrınadək satılmış “Outlander", "Outlander PHEV" və ASX modellərinə şamil olunur.

Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.(trend.az)

AzNews.az