Nazirlik reydlərə başladı
2 Aprel 2013 13:20 (UTC+04:00)
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi aptek təşkilatlarında reydlərə başlayıb.
Nazirlikdən verilən məlumata görə, reydlər Səhiyyə Nazirliyinin 21.12.2009-cu il tarixli 172 nömrəli əmri ilə təsdiq edilmiş "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları"nın yerinə yetirilməsinə nəzarətin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.
Aprelin 1-dən başlanan yoxlamalarda Səhiyyə Nazirliyinin təsdiq etdiyi vahid resept blankında buraxılacaq dərman vasitələrinin reseptsiz qaydada satan aptek təşkilatı rəhbərlərinə qanunvericiliyə müvafiq tədbirlər görüləcək.
AzNews.az