İspaniyalı qadın tarixə düşdü

2 Oktyabr 2018 22:20 (UTC+04:00)

O, ikinci yeri tutan Miku Peresi cəmi bir xal üstələyib. Bununla yanaşı, onun motosikleti yürüş seriyalarının başlanğıcında olduğundan 14 kiloqram daha ağır çəkidə idi. O vaxt A.Karraskonun motosikletini həddən artıq yüngül hesab etmişdilər. Lakin bu vəziyyət ona uğur qazanmaqda mane olmadı.

Ana Karrasko bu qələbəni 2016-cı ildə trasda həlak olmuş dostu Luis Saloma və onun ailəsinə həsr edib. Bundan başqa, A.Karrasko “Kawasaki” şirkətinə və mübaliğəsiz tarixi nailiyyətə töhfəsini verən öz texniki dəstək qrupuna təşəkkürlərini çatdırıb.(AZƏRTAC)

AzNews.az