Şahmatçılarımızın növbəti rəqibləri müəyyənləşdi

2 Oktyabr 2018 22:58 (UTC+04:00)

AzNews.az-ın "Report"a istinadən verdiyi məlumata görə, IX turda milli komandalar müvafiq olaraq, Çin və Ukrayna ilə üz-üzə gələcəklər.

Oktyabrın 3-də keçiriləcək görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Bu gün ilk məğlubiyyətini ABŞ-dan alan kişilərdən ibarət yığma 8 turdan sonra 13 xalla 3-cü, eyni xala malik Çin isə 6-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 15 xala malik ABŞ başçılıq edir. İkinci pillədəki Polşanın 14 xalı var. Bu komandalar sabah bir-birləri ilə üz-üzə gələcəklər.

Qadın millisi isə Gürcüstana qalib gəldikdən sonra 13 xalla 5-ci pilləyə yüksəlib. Turnir cədvəlinə hərəyə 14 xala malik Çin və Ukrayna başçılıq edir.

AzNews.az