Paşinyan istefasının şərtlərini açıqladı

2 Oktyabr 2018 23:13 (UTC+04:00)

Paşinyan bildirib: "Nazirlər və qubernatorların işdən azad olunma haqqında qərar de-yure qüvvəyə mindikdə, mən istefaya gedəcəm... Ancaq baş nazir vəzifələrini icra edəcəyəm".

Öz növbəsində "Daşnaksütun" partiyası bəyan edib ki, özü nazirlərini geri çağırır.

Baş nazir həmçinin bildirib ki, parlament yeni baş naziri seçməsə, növbədənkənar parlament seçkiləri təyin olunacaq.

Ermənistan parlamenti "Milli Məclisin reqlamenti haqqında" qanuna düzəlişlər edilməsi barədə qalmaqallı qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Qeyd edək ki, qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda (məsələn, Milli Məclisin fəaliyyəti dayandırıldıqda) parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur.(trend.az)

AzNews.az