Çempionlar Liqası: “Mançester Siti” və “Yuventus”dan qələbə

2 Oktyabr 2018 23:36 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, matç Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilib.

Qonaqların heyətində Serxio Aquero (8-ci dəqiqə) və David Silva (87-ci dəqiqə) fərqləniblər, alman komandasının yeganə qolu isə oyunun ilk dəqiqəsində İshak Belfodil vurub.

Digər qrupda tur çərçivəsində keçirilən oyunda İtaliyanın "Yuventus" klubu İsveçrənin "Yanq Boyz" komandasını darmadağın edib - 3:0. Paulo Dibala het-trikə imza atıb.

AzNews.az