Kanada İndoneziyaya pul ayırdı - 1,5 milyon dollar

3 Oktyabr 2018 07:50 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Kanada hakimiyyətinin saytında bildirilir.

Kanadanın beynəlxalq inkişaf naziri Mari-Klod Bibo öz növbəsində bildirib: "Bu yardım birbaşa yardıma ən çox ehtiyacı olan yerlərdə işləyən etibarlı humanitar tərəfdaşlara təqdim olunacaq".

Xatırladaq ki, snetyabrın 28-də səhər saatlarında İndoneziyanın Sulavesi adasının sahillərində Palu şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ olub. Daha sonra həmin ərazidə 7,4 gücündə zəlzələ və afterşoklar olub. Palu şəhərinin üzərinə 2 metr hündürlüyündə sunami gəlib. Hadisə nəticəsindəə 1234 nəfər həlak olub, 60 mindən çox insan evsiz qalıb.

AzNews.az