“İran belə prezidentlə danışıqlar aparmağı vaxt itkisi hesab edir” - Zərif

3 Oktyabr 2018 08:05 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir bildirib ki, ABŞ 2015-ci ildə özünün imzaladığı və BMT tərəfindən təsdiq edilən razılaşmanı tanımaqdan imtina edir və bu razılaşmanı imzalayan digər Avropa dövlətlərini də öz imzalarından imtina etməyə məcbur edir. Bununla da ABŞ beynəlxalq hüquqa hörmətlə yanaşan dövlətləri hədələyir ki, əgər onlar beynəlxalq hüquqa hörmət etsələr cəzalanacaqlar.

M.C. Zərif bildirib ki, artıq ABŞ-a inam qalmayıb. Amerikanın prezidenti Donald Tramp bir gün İran prezidenti Həsən Ruhanini yaxşı siyasi xadim kimi qiymətləndirir və onu danışıqlara çağırır, səhəri gün isə onu diktator adlandırır. İran belə mövqe nümayiş etdirən prezidentlə danışıqlar aparmağı vaxt itkisi hesab edir.

AzNews.az