Putinlə Ərdoğan ilin sonunadək yenə görüşəcəklər

3 Oktyabr 2018 08:28 (UTC+04:00)

Bunu jurnalistlərə çərşənbə axşamı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, Rusiya, Türkiyə, Almaniya və Fransanın iştirakı ilə Suriya üzrə dördtərəfli sammitin keçirilməsi üzərində fəal iş gedir.

"Yaxın günlərdə hər dörd dövlət öz iştirakını təsdiq edəcəyi təqdirdə, bu sammitin keçirilməsi barədə razılıq əldə olunacaq. Rusiya görüşün İstanbulda keçirilməsinin tərəfdarıdır. İndi konkret tarixlər razılaşdırılacaq", - deyə Uşakov bildirib.(report.az)

AzNews.az