Yaponiyada 60 mindən çox mənzil qaranlığa qərq oldu

3 Oktyabr 2018 08:36 (UTC+04:00)

Enerjinin verilişi ən tez oktyabrın 4-dən sonra mümkün olacaq.

Elektrik enerjisinin kəsilməsi ən çox 3,8 milyon əhalisi olan Şizuoka prefekturasına ziyan vurub. Burada nasosların işə düşməməsi səbəbindən altı şəhər və qəsəbə içməli susuz qalıb. Həmin rayonlara su sisternlər vasitəsilə daşınır.

Polisin məlumatına əsasən, Şizuoka prefekturasında 600-dən işıqfor işləmir ki, bu yollarda ciddi problemlərə səbəb olur.

Xatırladaq ki, “Trami” tufanı nəticəsində Yaponiyada iki nəfər həlak olub, 170-dən çox xəsarət alan var. Həftənin əvvəllərində təbii fəlakət ölkənin böyük bir hissəsində nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb.(AZƏRTAC)

AzNews.az