Nə evləri qaldı, nə məscidləri...– İNSANLIQ DRAMI (Fotolar)

2 Aprel 2013 18:50 (UTC+04:00)
İnsan Haqları Qoruma Təşkilatı Myanmarda müsəlmanlara edilən hücumlar haqqında geniş araşdırma aparıb və bunun nəticəsi olaraq hökümətə müraciət ediblər. Əsas fəaliyyətlərini New Yorkda göstərən bu təşkilat Myanmar hökumətindən müsəlmanlara qarşı edilən hücumlara son qoyulması üçün ciddi tədbirlər həyata keçirmələrini istəyib.

Təşkilatın səlahiyyətliləri öz açıqlamalarında mart ayının 20-22-də Meikhtila şəhərində 40-dan çox insanın ölümünə, 12 min nəfərin evlərini tərk etməsinə səbəb olan faciənin səbəbkarlarınının cəzalandırmalarının lazım olduğunu ifadə ediblər.

Daha sonra isə onlar son hadisələrdə müsəlmanların yaşadığı bütün bölgənin yerlə-yeksan edildiyini göstərən peyk fotoşəkillərini nümayiş ediblər. Peyk fotoşəkillərində, Meikhtilada atəşə verilən bölgələr göstərilib. Təşkilat işçilərinin araşdırmalarında dağılan ərazilər 24 hektardan çox bir sahəni əhatə edir və 828 bina dağıdılıb.

Təşkilat həmçinin Myanma hökumətinə müsəlmanlara qarşı hücumlara son verilməsi üçün dini ayrı-seçkiliyə son qoyulması da istəyiblər.

Xəyalə
AzNews.az