Misiri qana boyamaq istəyən 15 terrorçu məhv edildi

3 Oktyabr 2018 19:03 (UTC+04:00)

Terrorçu ünsürlərin Əl-Ariş şəhərində yerləşən fermaların birində yerləşməsi barədə operativ məlumat alan təhlükəsizlik qüvvələri ekstremistlərin dərhal zərərsizləşdirilməsi əməliyyatını həyata keçiriblər. Atışma nəticəsində bütün terrorçular məhv edilib. Qeyd olunur ki, terrorçular Misirdə keçiriləcək “6 oktyabr – Qələbə Günü” bayramında terror aktları törətməyi planlaşdırırmış.

Məlumatda, həmçinin döyüşçülərin zərərsizləşdirildiyi yerdə 5 avtomatik silah, 4 tüfəng, 3 partladıcı qurğu və çoxlu sayda döyüş sursatı aşkarlandığı bildirilir.(AZƏRTAC)

AzNews.az