Ancelina Coli qızlar üçün məktəb tikdirəcək

2 Aprel 2013 14:57 (UTC+04:00)


Ancelina Coli Əfqanıstana səfəri zamanı ölkədə qızlar üçün məktəb tikdirməyə qərar verib. Paytaxt Kabildən bir neçə kilometr uzaqda böyük bir qəsəbədə ancaq oğlanların təhsili üçün imkan yaradılan bölgədə o yeni bir məkətəb binası tikdirəcəyinə söz verib.

Orada 200 qızın təhsil alacağı bildirilir. Aktrisa yaxın gələcəkdə daha bir neçə məktəb tikilişlərinə start verəcəyini açıqlayıb. Onun sözlərinə görə, qızların savadsız böyüməsinə göz yummaq özü bir qəddarlıqdır.


AzNews.az